Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb
Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Hadisə Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndi ərazisində baş verib.
Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb və Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.
Hadisənin səbəbləri hələ ki açıqlanmayıb, bununla bağlı nazirlik ekspertiza aparıldığını bildirib
Soydas.az