Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

image

İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.Türk Dövlətləri Təşkilatı sammit proqramını açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı ilə yanaşı, təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri də qatılacaq.

 “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq.

Soydas.az

Paylaş:

Xəbər lenti