Türkiyə-Ermənistan sərhədi kimlər üçün açılacaq?

image

"Yaxın 2-3 ay ərzində Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatları üçün açılması şansı var".

Bu barədə Qloballaşma və Regional Araşdırmalar Mərkəzinin rəhbəri Stepan Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əldə olunan demarkasiya və delimitasiya prosesi Türkiyə ilə danışıqlara şərait yaradır.

O, həmçinin bu il ilk dəfə olaraq Ermənistan BMT-nin Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququna malik olan qətnaməsini dəstəkləməsinə də münasibət bildirib. Qeyd edib ki, Ermənistan Rusiyadan nə qədər uzaqlaşsa, Ermənistanın xarici siyasəti bir o qədər müstəqilləşir. /24News.ge/

 

 

Soydas.az

Paylaş:

Xəbər lenti