Dağıstanda terror aktlarında ölənlərin sayı 25-ə çatdı

image

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində 51 nəfər yaralanıb

Ölənlər arasında 15-i hüquq-mühafizə orqanlarının əməkdaşı 5-i mülki şəxs və 5-i şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxslərdir. 13 yaralının vəziyyətinin ağır olduğu bildirilib.

İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Soydas.az

Paylaş:

Xəbər lenti