Qərbdən maliyyələşən bəzi QHT-lər Gürcüstan parlamentinin deputatlarını hədələyiblər

image

Avropa İttifaqı tərəfindən maliyyələşən bəzi qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri son bir neçə gün ərzində Gürcüstan parlamentinin üzvlərini hədələyib, təhdid və təhqirə məruz qoyub, deputatlara hücum ediblər. Bu isə o deməkdir ki, donorlar Gürcüstanda terror təhlükəsi yaradırlar.

Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, donor təşkilatları maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini görmədiklərini iddia edərək Gürcüstanda terroru adi hala çevirirlər.

“Görünür ki, guya “qəzəblənmiş vətəndaşlar”ın iştirakı ilə media üçün səhnələşdirilən bu “teatr”, əslində, məqsədlidir. Bu, Avropa adına həyata keçirilən siyasi motivli terror kampaniyasıdır”, - deyə Papuaşvili vurğulayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti