Milli Xalça Muzeyinə yeni direktoru təyin olunub

image

Əməkdar mədəniyyət işçisi, sənətşünas Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

Bu barədə mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

 Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.

Soydas.az

Paylaş:

Xəbər lenti