İrakli Kobaxidze Türkiyədə rəsmi səfərdədir
İrakli Kobaxidze Türkiyədə rəsmi səfərdədir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.
Bu bardə Gürcüstan hökümət administrasiyası məlumat yayıb.
Bildirilib ki, İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək.
Gürcüstan nümayəndə heyətinə iqtisadiyyat naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
Soydas.az