Gürcüstana səfər edən Azərbaycan vətəndaşları üçün vacib xəbər
Gürcüstana səfər edən Azərbaycan vətəndaşları üçün vacib xəbər
2024-cü il iyunun 1-dən Gürcüstanda əcnəbilər üçün həyat və sağlamlıq sığortası icbari olacaq.
Soydas.az xəbər verir ki, bununla da səfərin məqsədindən asılı olmayaraq, lazımi tibbi yardımın göstərilməsi və bədbəxt hadisələrdən sığorta təmin ediləcək.
10 günlük sığortanın qiymətləri sığorta təminatı paketindən asılı olaraq 13-27 AZN arasında dəyişir.
Sığortalanmış günlərin sayı artdıqca sığorta məbləği də artır. Məsələn 30 gün üçün bu məbləğ təminatı paketindən asılı olaraq 33-70 manat arası olursa, 5 gün zamanı isə 11-22 manat arası dəyişir.
Sığorta təminatı paketləri üzrə xidmətlərə tibbi xərclər, baqajın sığortası, səfərin ləğvi daxildir ki, bu da mini paketə daxildir, Gürcüstana səfər üçün yetərli olur.
Məlumat üçün bildirmək istəyirik ki, həyat və sağlamlıq sığortasını istənilən sığorta şirkətindən, turizm agentliklərindən əldə edə və ya elə online şəkildə özünüz də əldə edə bilərsiz.
Qeyd edək ki, sığorta etdirməyən şəxs 300 lari (təxminən 180 AZN) məbləğində cərimə olunacaq. Qanun ötən ilin sonunda Gürcüstan parlamenti tərəfindən qəbul edilib.
Soydas.az