Kamran Ramazanlı: “Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşlarına vaksin vurulmasında çətinliklər var”

image

 “Azərbaycan Respublikasında daimi və müvəqqəti yaşayan soydaşlarımızın COVİD-19 pandemiyasına qarşı peyvəndlənmə prosesində ciddi problemlər yaşanır”.

Soydas.az xəbər verir ki, bu fikirlər “Soydaş” İctimai Birliyi İdarə Heyətinin sədri Kamran Ramazanlının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciətində əks olunub.

K.Ramazanlı bildirib ki, Azərbaycanda müvəqqəti yaşayan soydaşlarımızın peyvəndləmə prosesi əsasən Sumqayıt şəhəri 2 saylı poliklinikada aparılır: “Bakı şəhərində yerləşən 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) yalnız 1,2 və 5 illik qeydiyyatı olanlara peyvənd vurulur. Buna görə də soydaşlarımızın böyük çoxluğu ölkəmizdə 90 günlük qeydiyyatla yaşadıqları üçün ciddi problemlərlə üzləşirlər. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 100 minə yaxın daimi və müvəqqəti qeydiyyatla yaşayan Gürcüstan vətəndaşları vardır. Soydaşlarımızın böyük əksəriyyəti Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayırlar.Ona görə də onların peyvəndlə təmin olunmasında çətinliklər yaranır. Hesab edirəm ki, aidiyyatı dövlət qurumları problemin aradan qaldırılması üçün müvafiq qərarlar verməlidirlər”.

K.Ramazanlı problemin aradan qaldırılması üçün adı çəkilən şəhərlərdə soydaşlarımızın rahat şəkildə peyvənd olunmaları üçün tibb məntəqələrinin sayının artırılmasını vacib bilir: “Ona görə də hesab edirəm ki, Səhiyyə nazirliyi, TƏBİB, Dövlət Miqrasiya Xidməti və Diasporla iş üzrə Dövlət Komitəsi bu problemin həllində konsalidasiyalı şəkildə birgə iş aparmalı, problemin həllində yardımçı olmalıdırlar”.

Soydas.az

Paylaş:

Xəbər lenti