Türk İnteqrasiya Olimpiadası keçiriləcək
Türk İnteqrasiya Olimpiadası keçiriləcək
Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək olimpiadadır. Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.
Soydas.az xəbər verir ki, TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb.
FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır.
TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq. Olimpiadanın dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri. Komandalar belə qurulacaq:
1. Hər komandanın rəhbəri olacaq;
2. TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.
3.Şagirdlər təyyarə biletlərini özləri almalıdır.
4.Bakıdakı bütün xərclər bizə aitdir. Qarşılama, qonaqlama və yolasalma təşkilatçılar tərəfindən həyata keçiriləcək.
Hər ölkədən yalnız bir komandanın (2 iştirakçı və 1 nümayəndə) qarşılama və qonaqlama xərcləri təşkilatçı tərəfindən ödəniləcək. İştirakçıların olimpiada boyunca yerləşdirilməsi, qidalanması, tarixi abidələrə, turizm məkanlarına turları təşkil ediləcək.
Finaldan sonra Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək. Olimpiada 20 sualdan ibarət olacaq. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə aparılacaq:
1) 5 asan sual 4 bal;
2) 10 orta sual 5 bal;
3) 5 çətin sual 6 bal.
Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir. Mükafatlandırma belə olacaq:
1. Bütün iştirakçılara ümumi məlumat, köynək, bloknot, yazı avadanlığından ibarət bel çantası veriləcək;
2. Birinci, ikinci və üçüncü yer üzrə mükafatların sayı 1:2:3 nisbətində olacaq;
3. Üstün hesab edilən suallar üçün xüsusi mükafatlar veriləcək;
4. Birinci, ikinci və üçüncü yer mükafatı almamış hər iştirakçı ortalama bal toplasa, Fəxri Fərman alacaq;
5. Hər iştirakçı və müşahidəçi iştirak sertifikatı alacaq.
Əlavə məlumat üçün: (+994) 77 220 03 02 tio.edu.az
Soydas.az