Sənədsiz evlər problemini necə həll edək?
Sənədsiz evlər problemini necə həll edək?
Arbitrum Vəkil Bürosunun rəhbəri Polad Mehdi ARB kanalının “Günə son” proqramında sənədsiz evlər və bələdiyyə torpaqlarından istifadədən danışıb.
Soydas.az xəbər verir ki, arb telekanalına müsahibə verən vəkil problemləri bir neçə qrupa ayırıb. Vəkil sənədsiz evlər problemin yaranmasının səbəblərini əsasən aşağıdakı kimi quruplaşdırıb:
Vəkil yaranmış bu problemin həlli üçün öz təkliflərini də verib:
- Qərar,
-Keçmiş DTXK tərəfindən təsdiqlənmiş alqı-satqı aktı,
- Cizgi planı (Kadastr planı)
- Keçmiş DTXK tərəfindən verilmiş rəy.
2007-ci ilin noyabr ayından etibarən bələdiyyələr tərəfindən torpaq sahələri yalnız açıq torpaq hərracları vasitəsilə ayrıla bilər.
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların mülkiyyətinə torpaq sahəsi hərracdan kənar verilə bilər,
Bələdiyyələr tərəfindən hərracla və ya hərracdan kənar ayrılmış həmin torpaq sahəsini vətəndaş 5 il müddətində özgəninkiləşdirə bilməz.
Qeyd: Bakı şəhərində hələ ki, bələdiyyə xəritəsi təsdiq edilməyib. Bələdiyyə torpaqlarının hüdudları məlum deyil.
Soydas.az