Azərbaycan hərbçiləri Qazaxıstanda iki beynəlxalq təlimdə iştirak edəcəklər

image

Azərbaycan hərbçiləri bu il Qazaxıstanda iki beynəlxalq hərbi təlimdə iştirak edəcəklər.

Bu barədə “Kazinform” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, “Birləşdik-2024” adlı hərbi təlimdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan iştirak edəcək.

Həmçinin, il ərzində Qazaxıstanda Xəzər dənizi ölkələrinin – Qazaxıstan, Azərbaycan, İran, Rusiya hərbçilərinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Türkiyə və Qazaxıstan “Kaplan yolu- 2024” birgə hərbi təlimini təşkil edəcəklər.

Bu ilin yazında Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Əbədi qardaşlıq” adlı hərbi təlimlərinin təşkil olunması da gözlənilir.

Eyni zamanda, bu il Qazaxıstanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarusla ikitərəfli birgə təlimləri nəzərdə tutulub. /Report/

Soydas.az

Paylaş:

Xəbər lenti